Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində yük maşını minanın üzərində partlayıb.

Unikal.org-un məlumatına görə, hadisə nəticəsində 7 nəfər həlak olub, 5 nəfər isə yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Yerli hökumət nümayəndələri hadisənin arxasında İŞİD terror qruplaşmasının dayandığını iddia edirlər.