Gəncə sakini mübahisə zəminində yaxın qohumuna xəsarət yetirib.
Unikal.org APA-ya istinadən xəbər verir ki, şəhər sakini, 1982-ci il təvəllüdlü Allahverdiyeva Aytən sol təpə nahiyəsinin kəsilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. Qadının sözlərinə görə, evdə mübahisə zamanı qardaşı oğlu ona kəsici əşya ilə xəsarət yetirib.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.