Reper Elşad Xose keçmiş həyat yoldaşı Oksana Rəsulova ilə çəkildiyi "Mələyin öpüşü filmindəki qalmaqallı səhnəsindən danışıb.
Unikal.org lent.az-a istinadən xəbər verir ki, "Xəzər maqazinə açıqlama verən reper Oksananın ilk işini bəyənməsə də, bu filmin uğurlu alındığına inandığını deyib:
"Oksananın ilk filmində peşəkar komanda yığıldığına əmin olduğundan elə bilirdi, hər şey yaxşı olacaq. Ona görə də, mən bir qədər aralı dayandım, qarışmadım. Dedim, qoy başı daşa dəysin, özü hər şeyi başa düşsün. İlk filmini çəkəndə məsləhətimə qulaq asmadı, ancaq proqnozum düz çıxdı, filmi də tutmadı. O ki qaldı, mənim Oksana ilə çəkildiyim filmdə öpüşmə səhnəmizə, bu, adi bir həyat nüansıdır. Adi bir həyat nüansıdır. Bizimkilər irad bildirdi ki, səhnəni türklərdən götürmüsünüz. Elə bil, türklərdən başqa heç kim öpüşmür. Mənim onu ehtirasla öpməyimə bir element kimi baxın.
Elşad da Oksana kimi başqası ilə öpüş səhnələrinə çəkilməyəcəyini bildirib:
"Sabah mən də hər hansı kinoya təklif alsam, orada öpüş səhnəsi olsa, çəkilmərəm. Çünki hər şey aydındır.
Xatırladaq ki, "Mələyin öpüşü filminin tanıtım çarxı öpüşmə səhnəsinə görə böyük səs-küy yaratmışdı. Filmdə baş rollarda xalq artisti Fuad Poladov, Oksana Rəsulova və Elşad Xose çəkiliblər. Ekran işi gələn mövsüm nümayiş olunacaq.