Hollivud seriallarının tanınmış prodüseri, "Emmi" mükafatı laureatı Maykl Klik 77 yaşında vəfat edib.
"Unikal" xəbər verir ki, onun ölümünü qızı Keytlin təsdiqləyib.
O bildirib ki, atası Los-Ancelesdəki evində yuxuda ikən dünyasını dəyişib.
Maykl Klik karyerası ərzində iki "Emmi" mükafatına, eləcə də 10-dan çox digər nüfuzlu mükafata və nominasiyaya layiq görülüb.
O, "Homeland" və "24" seriallarının yaradıcılarından biri kimi tanınır. Bundan başqa, "The X-Files", "Prison Break", "Love and Death", "The Pretender" və "Pulse" kimi dünyaca məşhur layihələrin də prodüserliyini edib.