Bakıda tədqiqatçı-jurnalist Anar Rəsulun avtomobilindən oğurluq olub.

Unikal.org xəbər verir ki, bu barədə A.Rəsul sosial şəbəkələrdə məlumat yayıb.

Məlumata görə, hadisə jurnalistin yaşadığı Binəqədi rayonu, S.S.Axundov 1b ünvanının qarşısında baş verib.
Belə ki, avtomobilin arxa şüşəsi sındırılaraq oradan üç telefon, İpad Retina (planşet) , çəkiliş kamerası, fotokamera, bank kartları, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilin texniki pasportu, jurnalist vəsiqəsi və digər sənədlər götürülüb.

A.Rəsul hadisə ilə əlaqədar polisə müraciət edib. Faktla bağlı araşdırma aparılır.