Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD və digər terror təşkilatlarının tərkibində döyüşməkdə təqsirləndirilərək həbs edilən Nicat Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Unikal.org Trend-ə istinadən xəbər verir ki, hakim Mail Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə N.Əhmədov 9 il azadlıqdan məhrum edilib.
İttihama görə, N.Əhmədov 2015-ci ilin iyunun 21-də Suriya və İraq ərazilərində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etmək məqsədilə Türkiyəyə, oradan isə Suriyaya gedib. N.Əhmədov həmin il dekabrın 4-dək "İraq-Şam İslam Dövləti" - "İŞİD" adlı qanunsuz silahlı birləşmənin qanunsuz silahlı birləşmələrinə qoşularaq radikal dini və hərbi təlimlər keçib.