Bizneslə məşğul olduğu Çexiyada, Praqa şəhərində iyunun 30-da öz avtomobilində ölü tapılan azərbaycanlı iş adamı Rəşad Qafarov haqda məlumat vermişdik.

Unikal.org virtualaz-a istinadən xəbər verir ki, Rəşad Qafarovun qətlindən bir neçə saat əvvəl onu görüşə çağırıblar.

Biznesmen Rəşad Qafarov öldürülməzdən bir neçə saat əvvəl həyat yoldaşına deyib ki, işlə bağlı görüşə gedir.

Bu barədə Çexiya mənbələri biznesmenin arvadına istinadən xəbər verir. Arvadı bildirir ki, Rəşad Qafarov hadisədən bir neçə saat əvvəl onu görüşə çağıran şəxslə danışıb, bu zaman onun danışığında hər hansı həyacan, narahatlıq müşahidə olunmayıb. Hazırda Çexiya polisi biznesmenlə danışan həmin şəxsin kimliyini dəqiqləşdirr.