Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Qaradağ rayonu ərazisində - Bakı-Ələt magistralının 33-cü kilometrliyində "Mercedes" markalı minik avtomobili 1979-cu il təvəllüdlü Heybətov Səxavət Vaqif oğlunu vurub. Ağır xəsarət alan 38 yaşlı kişi hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.