Azərbaycanın canlı əfsanələri, 5 qat dünya çempionu Rəfael Ağayev və məşhur kikboksçu Zabit Səmədov ermənilərin qətlə yetirdiyi 18 aylıq Zəhra Quliyevanın qanının yerdə qalmayacağını bildiriblər.

Unikal.org baku.ws-yə istinadən xəbər verir ki, R.Ağayev və Z.Səmədov bu barədə İnstagram səhifələrində yazıblar.

"18 aylıq Zəhranın qanı yerdə qalmasın! Ali Baş Komandanımızın əmri ilə şəxsən döyüşə gedib qisas almağa hazıram!", - deyə Zabit Səmədov bildirib.

"Zəhranın qanı yerdə qalmayacaq! Ali Baş Komandan əmr verərsə, şəxsən döyüşə getməyə hazıram!", - deyə Rəfael Ağayev qeyd edib.