Müdafiə Nazirliyi ötən gün axşam saatlarında Ermənistan ordusunun Füzuliyə ağır silahla açdığı atəş nəticəsində iki nəfərin ölməsi və ondan sonra baş verən proseslərə münasibət bildirib.
Unikal.org-un məlumatına görə, nazirliyin yaydığı açıqlamada bildirilir ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və qumbaraatanlardan atəşə tutulub.
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinlərindən iki nəfər həlak olub. Müdafiə Nazirliyi həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.
Bildirilir ki, atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə hərbi hospitala çatdırılaraq əməliyyata götürülüb.
Həkimlərin bildirdiyinə görə, cərrahi müdaxilədən sonra yaralının vəziyyəti stabildir və hazırda həyatı üçün təhlükə yoxdur.
Nazirliyin yaydığı məlumatda o da qeyd edilir ki, Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmənin atəş nöqtəsinə zərbə endirilərək susdurulub. Düşmən itki verməsinə baxmayaraq, məlumatı ictimaiyyətdən gizlədir: "Eyni zamanda insidentdən dərhal sonra Ermənistan tərəfi bu dəfə də beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə heç bir əsası olmayan, dezinformasiya xarakterli video və məlumatlar yayıb.
Birincisi, Ermənistan tərəfi iddia edir ki, Füzuli rayonunun Alxanlı kəndində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin qərargahı və atəş nöqtələri var. Qəti surətdə bu iddianı rədd edir və bildiririk ki, bölmələrimizin orada qərargahı və atəş nöqtələri yoxdur.
İkincisi isə, dünən axşam saatlarında düşmənə zərbə endirmək məqsədilə guya bölmələrimiz ABŞ istehsalı olan TR-107 yaylım atəşli reaktiv sistemlərini (YARS) tətbiq ediblər.
Birmənalı olaraq bu xəbəri də təkzib edirik. Bu düşmənin təxribatı və dezinformasiyasıdır.
Qeyd edək ki, əslində TR-107 yaylım atəşli reaktiv sistemi (YARS) ABŞ-da deyil, Türkiyədə istehsal olunur. Bundan əlavə, Azərbaycan Silahlı Qüvvələri bu yaylım atəşli reaktiv sistemlərini tətbiq etməyib, yalnız düşmənin dinc əhalinin ölümünə səbəb olan təxribatının qarşısını alıb.
Dünən axşamkı hadisə bir daha sübut etdi ki, ötən ilin aprel gərginliyi də məhz ermənilərin mülki əhalimizə qarşı törətdikləri təxribatlara cavab olaraq baş verib. 2016-cı ilin aprel ayında Silahlı Qüvvələrimiz mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə uğurlu əks-həmlə əməliyyatı keçirib və strateji yüksəklikləri azad edərək böyük ərazini əməliyyat baxımından nəzarətə götürüb.
Bu ilin yanvar ayından başlayaraq bu günə kimi Ermənistan qoşunları qarşıdurma xəttində atəşkəs rejimini ümumilikdə 18.000 dəfədən artıq pozub.
Dünənki hadisə bu il ərzində yaşayış məntəqələrimiz və dinc əhalimizə qarşı baş verən yeganə hal deyil.
Qeyd edək ki, düşmən tərəfi əsasən 60, 82, 120 millimetrlik minaatanlar, qumbaraatanlar, digər iriçaplı silahlar və snayper tüfənglərindən istifadə etməklə əhalimizi hədəfə alır.
Bununla bağlı bəzi məlumatları diqqətinizə çatdırmaq istərdik.
Belə ki, aprelin 6-da düşmənin Tərtər rayonunun Qapanlı kəndini atəşə tutması nəticəsində mülki əhalinin şəxsi təsərrüfatına ziyan dəyib.
Mayın 16-da axşam saatlarından başlayaraq gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Ağdam istiqamətində mövqelərimizi və müdafiəmizin dərinliyindəki yaşayış məntəqələrimizi müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutub. Hətta Ermənistan tərəfi yaşayış məntəqələrimizi atəşə tutmasını əks etdirən video da yaymaqla dinc azərbaycanlı əhaliyə qarşı öz çirkin əməllərini davam etdirdiyini bir daha təsdiq etdi.
Mayın 30-da gecədən başlayaraq mayın 31-i səhərədək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən iriçaplı silahlardan, o cümlədən 82 və 120 millimetrlik minaatanlardan istifadə edilməklə mövqelərimiz və cəbhənin Tərtər, Ağdam və Füzuli rayonları ərazisində bir sıra yaşayış məntəqələrimiz atəşə tutulub.
Bütün hallarda Silahlı Qüvvələrimizin ön xətt bölmələrinin adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.
Dünənki insidentlə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb. Hazırda hadisə ilə yerində tanış olmaq üçün beynəlxalq nümayəndələr həmin istiqamətdədirlər.
Müdafiə Nazirliyi bir daha xəbərdar edib ki, Ermənistan tərəfinin bu cür əməllərinin qarşısı qətiyyətlə alınacaq, dünən baş vermiş qanlı təxribata və düşmənin verəcəyi itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək.