Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Nyu-York şəhərinə yola düşüb.
Müdafiə Nazirliyindən Unikal.org-a verilən məlumata görə, N. Sadıkov iyulun 6-7-də Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında keçiriləcək Baş Qərargah Rəislərinin ikinci Beynəlxalq Konfransında iştirak edəcək.