Bakıda hündürmərtəbəli binanın fasad hissəsindən alkapon qoparaq qadına xəsarət yetirib.

Unikal.org report-a istinadən xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonu, Z.Bünyadov prospekti 64/68 ünvanının qarşısında qeydə alınıb. 

Burada binanın fasad hissəsindən alkapon qoparaq 1981-ci il təvəllüdlü Tamilla Əmirovanın üstünə düşüb. Nəticədə qadın xəsarət alıb. 

O, xəstəxanaya yerləşdirilib.