Bakıda gənc qadın özünü dənizə atıb.
Unikal.org lent.az-a istinadən xəbər verir ki, Xətai rayon sakini 1989-cu il təvəllüdlü Şəhla Mirzəyeva (ad şərtidir) Neftçilər prospekti 16-nın qarşısında - Dənizkənarı Milli Parkda intihar məqsədi ilə özünü dənizə atıb. Ərazidəki polis əməkdaşları onu xilas ediblər.
Ş.Mirzəyeva izahatında bildirib ki, ailə vəziyyəti ilə əlaqədar intihar etmək istəyib.
Araşdırma aparılır.