Gec və ya tez ABŞ dollarının dünya iqtisadiyyatında hegemonluq dövrü başa çatacaq.

Unikal.org-un məlumatına görə, bunu "Bank of America"nın Rusiya üzrə eksperti Vladimir Osakovski deyib.

Onun sözlərinə, bu proses ABŞ-ın dünya iqtisadiyyatındakı payının "təbii şəkildə" azaldığı zaman baş verəcək.

Ekspert deyib: "Əgər tarixə nəzər salsaq görərik ki, əvvəllər qlobal valyuta rolunu Britaniya funt sterlinqi oynayırdı. Onu sıxışdırıb çıxardılar. Eyni hal yəqin ki, dollarla əlaqədar da baş verə bilər".