Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Unikal.org-un APA TV-yə istinadən xəbərinə görə, hadisə paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində - "SOCAR yanacaqdoldurma məntəqəsində baş verib.

"Shacman markalı yük avtomobili ilə "Daewoo markalı minik avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb. Hadisə vaxtı "Daewooda olan 1992-ci il təvəllüdlü Hacızadə Rövşən Behbud oğlu və qardaşı, 1991-ci il təvəllüdlü qardaşı Hacızadə Üzeyir Behbud oğlu ilə onların xalası oğlu, 1995-ci ildə anadan olmuş Həsənov Həsən Bayraməli oğlu vəfat edib. Maşında olan digər sərnişin, 1995-ci ildə anadan olmuş Qurbanov Nicat İsa oğlu isə ağır xəsarət alıb.
Bildirilir ki, qəzada ölən Həsən Həsənovla ağır yaralanmış Nicat Qurbanov hərbi xidməti başa vurub evə gəlirmiş.

Qəzada ölən və ağır yaralanan əsgərlər ali təhsilli olub. Həlak olan Rövşən və Üzeyir Hacızadə qardaşları millət vəkili Şəmsəddin Hacıyevin qardaşı nəvələridir. Rövşən Hacızadə ailəli olub, onun 1 aylıq körpəsi var. Qardaşlar Bakıda yaşayırmış.
Onu da qeyd edək ki, qəzada dünyasını dəyişən qardaşlar bu gün Ucarın Lək kəndində torpağa tapşırılıb.