Rumıniya, Bolqarıstan və Xorvatiya KİV-ləri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törətdikləri qanlı cinayətdən yazır.
Unikal.org bildirir ki, Rumıniyanın "Amosnews xəbər agentliyi, "Romania TV televiziyası, Bolqarıstanın "Fokus xəbər agentliyi və nüfuzlu "Standard qəzeti, Xorvatiyanın "HİNA milli xəbər agentliyi və digər qəzetlər hadisə ilə bağlı ətraflı məlumatlar yayıb. Qeyd edilib ki, iyulun 4-də axşam saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini 82, 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutub. Bu təxribat nəticəsində kənd sakinləri Allahverdiyeva (Quliyeva) Sahibə İdris qızı, onun nəvəsi Quliyeva Zəhra Elnur qızı həlak olub, Quliyeva Sərvinaz İltifat qızı ağır yaralanaq xəstəxanaya çatdırılıb. Atəş nəticəsində mülki obyektlərə və evlərə ciddi ziyan dəyib.
Azərbaycanın hadisə ilə əlaqədar mövqeyi təqdim edilib.