Bakıda 3 avtomobil toqquşub.

Unikal.org-un "Report"a istinadən xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Zabrat qəsəbəsində 99 LF 096 dövlət qeydiyyat nişanlı "Kia Cerato" markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkət edərkən əks yola çıxaraq "Lexus" və "Opel" markalı avtomobilə çırpılıb. Nəticədə "Kia Cerato"da olan 18 yaşlı Nəbizadə Niyazi Nizami oğlu, 23 yaşlı Hüseynov Hüseyn Elcan oğlu və 18 yaşlı Əliyev Elməddin Tələt oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı "Kia" və "Lexus" markalı avtomobillər deformasiyaya uğrayıb. Qəza yerinə yol polisi əməkdaşları cəlb edilib və hər üç avtomobil cərimə meydançasına yerləşdirilib.