Göygöldə 36 yaşlı qadını ilan sancıb, vəziyyəti ağırdır.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə 36 yaşlı Xalidə İmanovanın yaşadığı evin həyətyanı sahəsində çalışarkən baş verib.
O, yaxınlarının köməkliyi ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada yaralıya ilkin tibbi yardım göstərilib. Lakin X.İmanovanın vəziyyəti ağır olduğu üçün o, Bakıya gətirilib və 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.