Bakıda 10 yaşlı qızın itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Nəsimi rayonu 20 Yanvar küçəsində yaşayan 2007-ci il təvəllüdlü Səlimova Mədinə (ad şərtidir) dünən saat 14 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Ailə üzvləri qızın fotosunu və xarakterik əlamətlərini polisə təqdim edib.

Axtarış tədbirləri həyata keçirilir.