Cəlilabadda yanğın hadisəsi qeydə alınıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, Cəlilabad rayonu, Calayır kəndində vətəndaşa məxsus ümumi sahəsi 162 m2 olan birmərtəbəli 3 otaq və 1 aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.