Göygöl rayonu, Yeni Qızılca kəndində vətəndaşa məxsus ümumi sahəsi 48 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 20 ton ot bağlamasının 10 tonu yanıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 05:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.