Şəbəkədə yenidənqurma işləri sürətlənib.
Rayon mərkəzi, 2 qəsəbə, 49 kəndi özündə birləşdirən, 27 000 abonenti olmaqla 128 min nəfər əhaliyə xidmət edən Yevlax Elektrik Şəbəkəsində son iki ildə geniş miqyaslı yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilir. Ölkə prezidentinin istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində qarşıya qoyduğu məqsədə uyğun olaraq "Azərişıq ASC tərəfindən 1 ədəd 35/10 kV-luq yeni yarımstansiya tikilib, 31 ədəd komplekt transformator məntəqəsi qurlaşdırılıb.
Həmçinin Yevlax EŞ-nin yeni inzibati binası tikilərək istifadəyə verilib.
Şəbəkənin xidməti ərazisində 1767 ədəd dayaq,44 000 metr kabel, 25 200 metr uzunluğunda yeni naqil çəkilib. Bu işlər rayonun Xaldan, Aşağı Qarxun, Duzdağ, Qaroğlan, Aşağı Bucaq kəndlərində həyata keçirilib.
Hazırda rayonun Yenicə, Aşağı Salamabad, Yuxarı Salamabad, Əcəmi,Gülövşə, Bəydilli,Hacıselli, Havarlı,Marzıllı və Əkşəm kəndlərində 0.4 kV-luq naqillərin ÖİN (özünüdaşıyan izolyasiyalı naqillərlər) kabellərlə əvəz olunması və 10-6 kV-luq dayaqların və naqillərin dəyişdirilməsi istiqamətində işlər sürətlə həyatair.