"Orada yaşadığım zamanlarada ermənilərlə təmaslarım olub.  Bir yerdə yaşamışıq. Sonradan əlaqələr kəsildi o səviyyədə əlaqələr olmadı".
 
Unikal.org xəbər verir ki, bu fikirləri Dağlıq Qarbağın Azərbaycanlı İcmasının rəhbəri, Şuşa icra hakimiyyətinin başçısı Bayram Səfərov ANS telekanalında yayımlanan "Nəzər Nöqtəsi  proqramında deyib. B.Səfərov daha sonra fikirlərini belə ifadə edib:"Mən vəzifəyə təyin olunanda ermənilərdən məni zəng edib təbrik edənlər oldu. Bütün təxribatları törədən, vəziyyəti bu həddə gətirən Ermənistannın indiki rəhbərliyidir. Ermənistan rəhbərliyi ilə yerli camaat arasında fərq var. Yerli insanlar istəyirlər ki, rahat yaşasınlar". 
 
Həsən Babayev