Bu il iyulun 6-na Azərbaycanda 1,6 milyon tondan çox taxıl yığılıb.
Kənd Təsərrüfatı Nazirliyindən Unikal.org-a verilən məlumata görə, respublika üzrə ümumilikdə biçiləcək 954 736 hektar taxıl sahəsinin 626 281 hektarını buğda, 328 455 hektarıını isə arpa sahələri təşkil edir.
İyulun 6-na Kənd Təsərrüfatı Nazirliyinin Rayon idarələri tərəfindən taxıl biçini barədə verilmiş operativ məlumata əsasən, artıq həmin sahələrin 600 055.1 hektarı (62,9%) biçilib. Bunun da 326 846.1 hektarı (52,2%) buğda, 273 209.0 hektarı (83,2%) isə arpa sahələridir.
Ümumilikdə 1 627 225.6 ton məhsul əldə olunub. Əldə olunan məhsulun 946 315,5 tonu buğda, 680 910,1 tonu isə arpa məhsuludur.
Hər hektardan ümumilikdə məhsuldarlıq 27,1 sentner, buğda üzrə 29,0 sentner, arpa üzrə isə 24,9 sentner təşkil edir.