Mərhum repçi Hüseyn Dəryanın xanımı Sona İbadova həyat yoldaşının sənətlə bağlı ən böyük istəyini həyata keçirməyi planlaşdırır.
Unikal.org xəbər verir ki, O bu haqda Milli.Az-a danışıb:
"Hüseyn Namiq Qaraçuxurlu ilə duet oxumaq istəyirdi, amma təəssüf ki, bu ona nəsib olmadı. Çünki yazıq bilmirdi ki, başına nələr gələcək (kövrəlir). Ona görə də Namiqlə Huseynin mahnısından ibarət virtual duet hazırlayacağıq. Hətta buna klip çəkdirməyi də planlaşdırırıq. Artıq Namiq razılıq verib, inşallah, bu günlərdə çəkilişlərə start verəcəyik. Mahnını seçməyi də Namiqin öhdəsinə buraxmışıq, çünki onun fikri mənim üçün daha önəmlidir. Çox istərdim ki, ritmik mahnı olsun. Təqdimata Hüseynin fanatlarını dəvət edəcəyik. İnanıram ki, Hüseynin ruhu şad olacaq".