Bu ilin yanvar-iyun ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 mlrd. 148 mln. 556,79 min manat daxil olub.
Unikal.org komitəyə istinadən xəbər verir ki, gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 153 mln. 177,52 min manat və ya 15,39% artıb.
Bu ilin yarım ili ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 312 mln. 237,89 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 788 mln. 440,53 min manat, aksizlər üzrə 32 mln. 716,77 min manat, yol vergisi üzrə isə 15 mln. 161,60 manat təşkil edib.