Bakı-Horadiz magistralının 68-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org-un apa-ya istinadən məlumatına görə, magistralın Saatlı rayonu ərazisindən keçən hissəsində VAZ-2106 markalı avtomobillə "Niva markalı avtomobil toqquşub.
Nəticədə VAZ-2106-da olan sərnişin, Cəbrayıl rayon sakini, 55 yaşlı Məhəmməd Əliyev ölüb. Onun oğlu, 1984-cü il təvəllüdlü Əliyev Vüsal Məhəmməd oğlu isə açıq kəllə-beyin travması alıb. V. Əliyev Şirvan şəhər xəstəxanasına yerləşdirilib, vəziyyəti ağır kimi qiymətləndirilir.
Qeyd edək, V. Əliyev VAZ-2106 markalı avtomobilin sürücüsüdür.
Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.