Gəncədə avtomobil qarət olunub.
Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə iyulun 10-da axşam saatlarında şəhərin Əttarlar küçəsində qeydə alınıb. Naməlum şəxs və ya şəxslər şəhər sakini Fərid Mehdiyevə məxsus "Opel markalı avtomobilin yan şüşəsinin sındıraraq maşından cüzdanı aparıblar.
Sahibinin sözlərinə görə, cüzdanda nağd pul, plastik kartlar və lazımi sənədlər olub. Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib. Araşdırma aparılır.
Qeyd edək ki, F. Mehdiyev "ARB Kəpəz telekanalında xəbərlər departamentinin direktoru vəzifəsində çalışır.