Bakının Xəzər rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Unikal.org "Report"a istinadən bildirir ki, Şüvəlan qəsəbəsində yolu keçmək istəyən 30 yaşlı qadını minik avtomobili vurub.
Qadının ağır xəsarət aldığını görən sürücü onu xəstəxanaya yerləşdirib, daha sonra isə məsuliyyətdən yayınmaq üçün xəstəxanadan qaçıb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinə məlumat verilib. Polis əməkdaşları hadisəni törədən sürücünün kimliyini araşdırır.