Bu gün Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yataqxana binasının şaxtasında 2-ci mərtəbədən 5-ci mərtəbəyə qədər keçən kabel 25 p.m yanıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı 20 nəfər bina sakini təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 10:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.