Xəbər verdiyimiz kimi, Hacı Cavad məscidinin sökülməsindən cəmi bir neçə gün sonra aprelin əvvəlindən bəri bu prosesdə fəal iştirak etmiş, Yasamal RİH başçısı İbrahim Mehdiyevin yaxın adamlarından biri, məscidin yerləşdiyi ərazi üzrə 43 saylı Mənzil İstismar İdarəsinin rəisi Yusif Əmədov səhər saatlarında iş otağında gözlənilmədən vəfat edib.
Adını açıqlamaq istəməyən, idarənin xanım əməkdaşı unikal.org-a deyib ki, Yusif Əmədov iyulun 8-də səhər saatlarında dünyasın dəyişib. O əlavə edib ki, mərhumun yas mərasimi "Təzə Pir" məscidində keçirilib:
"Özümüzdə bilmədik ki, Yusif müəllim nədən dünyasın dəyişdi. Özünü yaxşı hiss edirdi.
Qeyd edək ki, gələn ay Yusif Əmədovun 70 yaşı tamam olacaqmış.