Bakıda 56 yaşlı kişi evinə gedərkən yaşadığı binanın blokunda ürək tutmasından keçinib.

Unikal.org-un hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, hadisə Qaradağ rayonu Bayıl qəsəbəsi, Qurban Abbasobv küçəsində yerləşən yaşayış binasının blokunda baş verib.

Sözügedən küçədə yaşayan 56 yaşlı Əhədzadə Əhəd evinə qalxarkən yaşadığı binanın blokunun ağzında ürəyi tutub. Hadisə yerinə Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası çağrılıb.

Mərhum 1.5 saata yaxın yaxınarının köməkliyi ilə həyatı ilə mübarizə aparsa da təcili yardım gec gəldiyindən ürəyi tutaraq hadisə yerindəcə keçinib.

Gecikən həkimlərin müdaxiləsinə baxmayaraq mərhumun həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun yaxınları təcili yardıma öz etirazlarını bildiriblər.