Bakıda "Neptun supermarketlərindən birində güclü yanğın baş verib. 

Unikal.org-un APA- ya istinadən xəbərinə görə, yanğın "28 May metrostansiyasının yaxınlığında, paytaxtın Şəmsi Bədəlbəyli küç. 102 ünvanında yerləşən mağazada baş verib. Oyuncaqlar satılan şöbədə başlayan yanğın nəticəsində supermarketin yanar konstruksiyaları 25-30 kv. m sahədə yanıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər yanğını söndürüblər.

Hadisəyə səbəb kimi qısaqapanma göstərilir.