Qəbələ rayonunda intihar hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, hadisə iyulun 12-də səhər saatlarında rayonun Tüntül kəndində baş verib. Kənd sakini 1986-cı il təvəllüdlü Bəşirov Taleh Vahid oğlu özünü yaşadığı evin həyətində asaraq intihar edib.
İntiharın səbəbləri hələliuk məlum deyil.
Faktla bağlı Qəbələ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.