Tovuzda 1 yaşlı uşaq yanıq xəsarətləri alıb.
Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, rayonun Bozalqanlı kənd sakini, 2016-cı il təvəllüdlü Tunar Ərəstun oğlu Hacıyev bədənin 25 faizinin ikinci dərəcəli xəsarəti ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. İlkin məlumata görə, o, üzərinə qaynar su ilə dolu qazanı aşırıb.