Türkiyənin Zonquldaq rayonunun Gökçebəy qəsəbəsində restoranda ofisiant işləyən 25 yaşlı Gülveren A. 3 yaşlı oğlu Emir Canı mobil telefonunun adapter naqili ilə boğaraq öldürdükdən sonra intihara cəhd edib.
Unikal.org Milliyet-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.
26 yaşlı Olcay A. -nın həyat yoldaşı Gülveren A. anası və atası ilə birlikdə yaşadığı evə gəlib. Gülveren A. həyat yoldaşı Olcay A. çörək almaq üçün mağazaya getdikdən sonra, yataq otağında yatan oğlu Əmir Canın yanına gedərək qapını kilidləyib. Uşağın ağlamaq səsinə qaçan qayınata qapını aça bilməyincə oğluna zəng edərək xəbər verib. Evə gələn Olcay A. da qapını aça bilməyib. Pəncərədən yataq otağına girən Olcay A. oğlunu hərəkətsiz halda uzanılı görüb, yoldaşını isə biləkləri kəsilmiş vəziyyətdə tapıb.
Çağırılan təcili yardım işçiləri Emir Canın boğularaq öldürüldüyünü müəyyən edib. Xeyli sayda dərman içdiyi və biləklərini kəsdiyi müəyyən edilən Gülveren A. isə təcili yardımla əvvəl Çaycuma Dövlət Xəstəxanasına, sonra da Zonquldaq Atatürk Dövlət Xəstəxanasına aparılıb. Həyati təhlükəsi olan Gülveren A. reanimasiyaya yerləşdirilib. Jandarma qruplarının etdiyi araşdırmada Emir Canın mobil telefonunun adapter naqili ilə boğularaq öldürüldüyü təsbit edilib.
İstintaq davam edərkən Gülveren A.-nın 5 iyulda jandarmaya yoldaşından şiddət gördüyü iddiası ilə müraciət etdiyi ortaya çıxıb. Bundan sonra, Olcay A. "evdən uzaqlaşdırılma" cəzasına məruz qalsa da cütlük barışdıqdan sonra yoldaşının evə döndüyü öyrənilib.