Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyinə yeni təyinat olub.
Unikal.org APA-ya istinadən xəbər verir ki, Fəxriyar Cabbarov Palatanın İdarə Heyətinə üzv olub.
O, hüquq məsələlərə kuratorluq edəcək.
Qeyd edək ki, bundan öncə F. Cabbarov "Synergy Group" ASC-nin Müşahidə Şurasının üzvü, daha sonra isə İdarə Heyəti sədrinin I müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışovdur.