Biləsuvarda iki yük maşını toqquşub, xəsarət alanlar var.

Unikal.org APA-ya istinadən xəbər verir ki, Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində "KamAZ" və "Shacman" markalı yük avtomobili toqquşub. Güclü zərbə nəticəsində yük maşınlarının sürücüləri xəsarət alıb. "KamAZ"ın sürücüsü, 1982-ci il təvəllüdlü Araz Lətif oğlu İsgəndərov və digər sürücü Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. A. İsgəndərovun vəziyyəti orta ağırdır. Digər sürücüyə ilkin tibbi yardım göstərilib və o, evə buraxılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.