Azərbaycana kosmetik məhsullar gətirən yük maşını tükiyədə aşdı.

Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza, Samsun-Ankara yolunun 15-ci kilometrliyində baş verib.

Slovakiyadan Azərbaycan Bakıya profil və kosmetik çeşidli məhsul daşıyan Hüseyin Özdemir idarə etdiyi 28 K 5634 nömrəli yük maşını ilə idarəetməni itirərək yol kənarında baryerə çırpılıb. Qəzada, tır şoferi Hüseyin Özdemir və onun yanında olan Özcan Kaya yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Qəzayla bağlı Türkiyə yol polisi araşdırma başlayıb.