Ucarda azyaşlını sahibsiz it dişləyib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, rayonun Qazyan kəndinin sakini, 2016-cı il təvəllüdlü Səfər Ruslan oğlu Səfərzadəni sahibsiz itin hücumuna məruz qalıb.
S. Səfərzadə təcili Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Ona müvafiq tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Ucar Mərkəzi Rayon Xəstəxanasından bildirilib ki, son 5 gündə it dişləməsi ilə bağlı xəstəxanaya 6 nəfər müraciət edib.