Tovuz rayonunda 5 yaşlı uşaq benzin içərək zəhərlənib.

Unikal.org-un "Report"a istinadən məlumatına görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib.

Belə ki, kənd sakini, 2012-ci il təvəllüdlü Kərimli Tunar Rəşad oğlu yaşadığı evdə oyun oynadıqdan sonra susayıb və mətbəxdəki plastik butulkada olan benzini su bilərək içib. Səhfən benzini içən uşaq yaxınları tərəfindən xəstəxanaya aparılıb. Uşağa həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra palatya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.