Tovuzda qadın bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, Tovuz şəhər sakini, 1996-cı il təvəllüdlü Abbaszadə Nərmin Elçin qızı 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən mənzilin pəncərə şüşələrini silərkən ehtiyatsızlıqdan yerə yıxılıb.

Ağır xəsarət alan qadın Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, ona tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, N. Abbaszadə xalası qızının evində təmizlik işləri aparırmış.

Faktla bağlı araşdırma aparılır.