Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində 59 yaşlı kişi özünü asıb.
Unikal.org-un "Report"a istinadən məlumatına görə, qəsəbə sakini 1958-ci il təvəllüdlü Səməd Məzahir oğlu Əliyev yaşadığı evin ayaqyolunda özünü tavandan iplə asaraq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maadəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.