Zaqatala şəhərində yanğın qeydə alınıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Lənkəran rayonu, Zaqatala şəhərində vətəndaşa məxsus ümumi sahəsi 117 m2 olan ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsində mətbəxin tavanı 20 m2 sahədə, 1 ədəd Samsung markalı soyuducu və 1 ədəd aspirator yanıb.

Evin qalan hissəsi yanğından mühafizə mühafizə olunub.

Yanğın saat 18:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Lənkəran rayonu, Boladı kəndində yanğın qeydə alınıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Lənkəran rayonu, Boladı kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın tavanı və dam örtüyünün yanar konstruksiyaları 60 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 16:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.