Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı Şəhriyar Nikipur vəfat edib.
Unikal.org-un "Report"a istinadən məlumatına görə, Ş.Nikipur keçirdiyi infarkt nəticəsində qəfildən dünyasını dəyişib.
Qeyd edək ki, o, nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı olub. Ş.Nikipur bu ilin may ayında iş yoldaşı ilə ailə həyatı qurmuşdu.