Ucar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Unikal.org-un APA-ya istinadən xəbərinə görə, hadisə gecə saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonun Ənvər Məmmədxanlı kəndindən keçən hissəsində qeydə alınıb. Rayonun Qaracallı kənd sakini, 1993-cü il təvəllüdlü İsayev Razi Zülfüqar oğlunun idarə etdiyi "VAZ-21099" markalı minik maşını ilə "KamAZ" markalı yük maşını toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü R. İsayev hadisə yerində ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.