Tanınmış teleaparıcı İlqar Mikayıloğlunu çəkiliş zamanı ilan sancıb.

Füzuli rayonu Haramı düzündə verilişin çəkilişi zamanı aparıcını ilan sancıb və o, dərhal hospitala aparılıb.

Teleaparıcının hazırda xəstəxanaya çatdırılmadığı, onun hələ də yolda olduğu bildirilir.

Eyni zamanda, hadisə şahidləri İlqar Mikayıloğlunun səhhətinin ağır olduğunu da bildiriblər./big.az

XXX

Unikal.org xəbər verir ki, qafqazinfo hadisə ilə bağlı teleaparıcının xanımı Zülfiyyə Bayramova ilə əlaqə saxlayıb. O, yayılan xəbəri təsdiqləyərək hadisənin bir neçə dəqiqə əvvəl baş verdiyini bildirib:

"Hadisə bir neçə dəqiqə əvvəl baş verib. İndi Haramı düzündəyik. Çəkiliş zamanı İlqarı ilan sancdı. Necə olduğunu bilmədik. İndi ilkin tibbi müdaxilə olub. Hazırda səhhəti bir qədər ağırdır".