Gömrük əməkdaşları külli miqdarda qızıldan hazırlanmış sikkə və külçələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etmədən keçirilməsinə cəhdin qarşısını alıblar.
Baş Dövlət Gömrük Komitəsindən Unikal.org-a daxil olan məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə qızıl məmulatının bir qrup şəxs tərəfindən qanunsuz yolla ölkə ərazisinə gətirilməsi barədə daxil olan əməliyyat məlumatına əsasən, Dubay-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşları Rzayev Zakir Rauf oğlu və Qasımov Qasım Bala Nadir oğlu nəzarətə götürülüb.
Adı çəkilən vətəndaşlar gömrük nəzarətindən keçərkən saxlanılıb və üzərlərində gömrük nəzarətinə bəyan edilməli və ya gömrük nəzarətindən gizlədilən hər hansı əşyanın olub-olmadığı soruşulub. Onlar belə bir əşyanın olmadığını bildiriblər.
Daha sonra həmin vətəndaşların üzərində şəxsi yoxlama aparılıb.
Rzayev Zakir Rauf oğlunun üzərində şəxsi yoxlama zamanı, ayaqqabısının hər bir tayının içərisində 1 ədəd olmaqla, cəmi 2 ədəd sarı rəngli metaldan hazırlanmış sikkə, şalvarının ciblərində isə cəmi 4 ədəd sarı rəngli metaldan hazırlanmış külçə aşkar edilib.
Qasımov Qasım Bala Nadir oğlunun üzərində şəxsi yoxlama zamanı, ayaqqabısının bir tayının içərisində 2 ədəd, digərində isə 3 ədəd olmaqla, cəmi 5 ədəd sarı rəngli metaldan hazırlanmış sikkə aşkar edilib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən bütün sikkə və külçələrin metalı 999.9 əyarlı qızıl, ümumi çəkisi isə 1866,56 qramdır.