Saatlı rayonunda ağır yol qəzası baş verib.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Qaranuru kəndində qeydə alınıb.
Soltanabad kənd sakini, 1966-cı il təvəllüdlü Ağayev Əli Sabir oğlunun idarə etdiyi "54 BF 813 dövlət nömrə nişanlı "VAZ 2106 markalı avtomobil ağaca çırpılıb.
Hadisə nəticəsində sürücü və sərnişinlər - Soltanabad kənd sakinləri, 2006-cı il təvəllüdlü Ağayeva Bahar Əli qızı və Ağayeva Elnarə Əli qızı xəsarət alıblar. Qəza zamanı avtomobildə olan 3 yaşlı Əliyeva Fatimə Əli qızı isə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.