Bakıda iki nəfər dənizdə çimərkən batmaq təhlükəsilə üzləşib.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində baş verib.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıblar.